Gündəm

Paşinyanın oğlunu oğurlamaq istədilər

Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edilib.

Gundemws.az xəbər verir ki, bu barədə “Aykakan Jamanak” qəzeti məlumat yayıb.

Hadisə bu gün saat 15:00 radələrində onun evinin qarşısında qeydə alınıb.

İlkin məlumata görə, oğurluqda iştirak edənlər “Oğulların çağırışı” ictimai təşkilatının üzvləridir. Bildirilir ki, onlar Aşot Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər, lakin o, bir anlıq dayanan maşından düşə bilib. Bu zaman təşkilata məxsus başqa bir avtomobil onu vurub. Nəticədə Paşinyanın oğlu ayağından zədə alıb.

Təşkilat üzvləri hadisə yerindən qaçıblar. Aşot Paşinyan hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edib.

Qeyd edək ki, “Oğulların çağırışı” 44 günlük müharibədə həlak olan erməni hərbçilərin valideynləri tərəfindən yaradılıb. Təşkilatın üç əsas məqsədi hökumətin istefası, milli hökumətin formalaşdırılması və yeni təhlükəsizlik arxitekturasının qurulmasıdır.

Oxşar Xəbərlər

Back to top button