AnalitikaGündəmSiyasət

Özbək İdmanının Dinamik Yüksəlişi

Prezident İlham Əliyev 2025-ci il iyulun 2-də keçirilən mətbuat konfransında çıxışı zamanı Özbəkistanın idman sahəsində qazandığı nailiyyətləri xüsusi vurğuladı. O, Özbəkistanın son illərdə beynəlxalq arenada parlaq nəticələr göstərdiyini və idmançılarının dünya miqyaslı yarışlarda fəxri yerləri tutduğunu qeyd etdi. Azərbaycan Prezidenti bu uğurları təkcə Özbəkistan üçün deyil, Türk dünyası üçün də qürurverici hadisə kimi dəyərləndirdi.

İdman sahəsindəki bu inkişafın əsasını Prezident Şavkat Mirziyoyevin gənclərin inkişafına göstərdiyi diqqət və yaradılan infrastruktur təşkil edir. Prezident Əliyev çıxışında, Özbəkistanda qurulan müasir idman kompleksləri və məşq proqramlarının beynəlxalq standartlara uyğun olduğunu bildirdi. Bu imkanlar, gənc istedadların üzə çıxmasına və ölkənin idman xəritəsində yüksəlməsinə səbəb olub.

Azərbaycan və Özbəkistan arasında idman sahəsində əməkdaşlıq da yeni mərhələyə qədəm qoyur. İki ölkə arasında birgə təlim-məşq toplanışları, idman mübadiləsi proqramları və müxtəlif yarışların təşkil olunması nəzərdə tutulur. Prezident İlham Əliyev bu əməkdaşlığın gənclər arasında dostluğun daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirdi.

Çıxışının sonunda Prezident Əliyev Özbəkistanın idman uğurlarına görə Mirziyoyevin liderliyini yüksək qiymətləndirərək, ölkənin gənclər siyasətində əldə etdiyi nəticələrin bölgədə nümunəvi xarakter daşıdığını vurğuladı. Bu uğurların gələcəkdə daha böyük zəfərlərlə davam edəcəyinə əminlik ifadə olundu.

Kamran Mustafayev
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button