Gündəmİdman

Osimhen “Qalatasaray” rəhbərliyini tənqid edib: Üç aydır maaş almıram

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen sosial media hesabında canlı yayım zamanı Türkiyə klubunun rəhbərliyini sərt tənqid edib.

Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən  xəbər verir ki, nigeriyalı hücumçu 3 aydır maaş ala bilmədiyini açıqlayıb. O bildirib ki, pulunu verməsələr, komandanı tərk edəcək:

“Üç aydır maaşımı almıram. Mən olmasaydım, dünyada heç kim “Qalatasaray”ı tanımazdı. Əgər pulumu verməsəniz, gedəcəyəm. Nankorlar!”.

Qeyd edək ki, Viktor Osimhen “Qalatasaray”a İtaliyanın “Napoli” klubundan 75 milyon avro qarşılığında transfer olunub. O, ötən mövsüm 33 matçda 22 qol vurub və 8 məhsuldar ötürmə edib.

Oxşar Xəbərlər

Back to top button