AnalitikaGündəmSiyasət

Ölkənin Birinci vitse-prezidenti və “yumşaq güc”ün rəmzi Mehriban xanım Əliyeva

Ölkəmizdə hər il  8 Mart-Beynəlxalq Qadınlar Günü təntənə ilə qeyd olunur. Bu gün qadınlara verilən dəyər, həm qadın hüquqlarının qorunması, həm də onların cəmiyyətə verdiyi töhfələrin təntənəsidir. Azərbaycanda savadlı qadınların rolu böyük əhəmiyyət kəsb edir. Qədim dövrdə qadınların rolu və müasir dövrdə Azərbaycan cəmiyyətindəki yeri  göz qabağındadır. Yəni həm qədim dövrlərdə, həm də müasir dövrdə qadınlar cəmiyyətin müxtəlif sahələrində – siyasətdən tutmuş mədəniyyətə, təhsildən səhiyyəyə qədər hər sahədə fəal yer tutmuşdurlar. Azərbaycan qadını, xüsusilə müstəqil dövrdə, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar qazanmışdır. Müstəqil Azərbaycanda qadınların siyasi iştirakını artırmaq, onların iş həyatında və ictimai fəaliyyətlərdə daha fəal olmalarını dəstəkləmək məqsədilə müxtəlif  proqramlar hazırlanmışdır.

Tarixən Azərbaycan qadını özünün cəsarəti, sədaqəti və mərdliyi  ilə seçilmişdir. Müasir qadınlarımız, qədim  tariximizdə yaşamış-Tomris analardan, dastanlarımızda yaşamış Burla Xatunlardan, Nigarlardan, Həcərlərdən örnək götürmüşdülər. Respublikamızda dövlət müstəqilliyin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva müasir Azərbaycan qadının dünyadakı simasıdır. O, hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Onunxeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir.

Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Günü-gündən inkişaf edən, müasir dövrün tələbləri ilə ayaqlaşan ölkəmizdə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə 2026-cı il 27 fevral tarixində yaradılmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına rəhbərlik də Mehriban xanım Əliyevaya həvalə edilmişdir.

Xüsusilə bir məqamıda vurğulayaq ki, özünün çoxşaxəli fəaliyyəti, liderlik keyfiyyətləri ilə Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan qadınını böyük uğurla təmsil edir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu regional və qlobal miqyasda təhsil, səhiyyə, mədəniyyət, idman sahələri ilə yanaşı, qadın hüquqlarının qorunması, qızların təhsilə cəlb olunması üzrə də geniş fəaliyyət göstərir. Fond nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində qadın problemlərinin həlli yolundə mühüm tədbirlər həyata keçirir.

Artıq yüz illərdən bəri sürətlə mariflənən qadınlarımızformalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşdurlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının yüksək nüfuza, elmə malik olmasından, mədəni və intellektual potensialından xəbər verir.

Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdilider qadınlar yetişdirdi. Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildi. Onun təşəbbüsü ilə hələ 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda qadınların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu öz əksini tapmışdır. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Bu gün Heydər Əliyev siyasəti Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınlarımız yüksək vəzifələrə təyin olunur, gender bərabərliyi təmin edilir, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.

Əminə Baloğlanova,
Xəzə
r rayonu, 26 №li tam orta məktəbin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button