Analitika

Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası keçirilib

Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası keçirilib. Burada mühüm məsələlərə toxunulub. Prezident İlham Əliyevin çıxışı hər zamanki kimi tarixi reallığın nə olduğunu bir daha hər kəsə anladıb. Ölkə başçısı ilk regionda yaranan vəziyyətlə bağlı həmkarlarını məlumatlandırıb. Sözsüz, hər kəs hər şeyi yaxşı bilir, amma bəzən reallıq fonunda deyil, gerçəklikdən kənar faktlar ortaya qoyulur. Əlbəttə ki, Prezident İlham Əliyev haqlı tərəfin kim olduğunu dünyaya yetərincə sübut edib.

Münaqişədən sonrakı vəziyyət müxtəlif cür inkişaf edir. Unutmamalıyıq, 2-ci Qarabağ müharibəsində qələbə çaldıqdan sonra düşmən bir daha baş qaldıranda layiqincə cavabını vermişik. Sentyabr ayında keçirilən antiterror əməliyyatı da buna bir sübutdur. Lokal əməliyyatlar nəticəsində düşməni yerində otuzdurduq. Prezident İlham Əliyev MDB-dəki çıxışında İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyət barədə həmkarlarını məlumatlandırdı. O bildirdi ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Eyni zamanda, bizim tərəfimizdən Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. Həmçinin Azərbaycanın bir hərbi mövqeyindən digərinə aparan yollar minalanıb. Silahlı toqquşmalar davam edib, aktiv faza maksimum 8 saat çəkib. Bəzilərinin hesab etdiyi kimi, Azərbaycan Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb.

Düşmənin bizə qarşı etdiyi bu terror aktlarına görə məhkəmədə, beynəlxalq ictimaiyyətdə günahlarını boynuna almalıdırlar. Amma onlar öz səhvlərini qəbul etmək yolunu yox , xəyallarında “ biz necə güclüyük” xülyası ilə yaşayaraq istədiklərini əldə edə bilmək üçün çabalasalar da uçurumdan yerə düşdülər. İndi isə layiqincə cavabları aldığına görə dünya ictimaiyyətinə açıqlama vermək məcburiyyətindədirlər. Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında dedikləri bir daha dünya ölkələrinə mesaj olmalıdır. “Kim , kimdir ?” sualını oturub düşünməli , kimə tərəf olduqlarına qərar verməlidirlər. Sözsüz,gerçəkliyi qəbul etmək düşmənə və havadarlarına ağır gələcək. Amma anlamalıdırlar ki , reallıq qəbul etmədən xəyallarda yaşamaq ancaq özünüzü ümidləndirməkdir.

Ələkbər Saleh,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button