Analitika

Növbəti sammit Bişkekdə baş tutub

Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib. Bu gün uğurlu xarici siyasət həyata keçirən Azərbaycan özünün regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən-günə artırmaqdadır. Qeyd etmək lazımdır ki, Prezident cənab İlham Əliyev 13 oktyabr 2023-cü il tarixində Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildir ki, “Birlik məkanında uğurlu qarşılıqlı fəaliyyətimizin daha bir nümayişi olacaq. Fürsətdən istifadə edərək, Belarus Prezidenti, hörmətli Aleksandr Qriqoryeviç Lukaşenkonu ikinci MDB Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik etmək istərdim.Hörmətli həmkarlar, iqtisadi əlaqələrimizin möhkəmlənməsi müsbət nəticə verir. Keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur. Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək.
Bu sammitin nəticələri gələcəkdə əməkdaşlığımızın möhkəmlənməsinə xidmət edəcək.

Murad Zeynalov
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button