GündəmSosial

Nizami rayonunda İnsan Hüquqları Aylığı çərçivəsində tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə elan olunan 18 may – 18 iyun İnsan Hüquqları Aylığı çərçivəsində Nizami rayonunda maarifləndirici tədbir keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, dövlət və yerli özünüidarəetmə orqanlarının əməkdaşları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Nizami Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə sektor müdiri Bəhman Hüseynov, Nizami Bələdiyyəsinin sədr müavini Heydər Rəhimov və başqaları insan hüquq və azadlıqlarının qorunmasının müasir dövlət idarəçiliyinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd ediblər ki, ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən ardıcıl siyasət və hüquqi islahatlar vətəndaşların dövlətə olan inamının daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda insan hüquqlarının təmin olunması, hüquqi maarifləndirmənin artırılması və cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.

Tədbir çərçivəsində insan hüquqlarının müdafiəsi mexanizmləri, vətəndaş müraciətlərinin əhəmiyyəti və hüquqların təmin olunması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər

Back to top button