Gündəm

Nizami rayonunda Azərbaycan-Malta dostluğuna həsr olunmuş tədbir keçirilib

Nizami rayonunda “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində Azərbaycan-Malta dostluğuna həsr olunmuş tədbir keçirilib.

Gundemws.az xəbər verir ki, tədbir Azərbaycanın və Maltanın Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.

Milli Olimpiya Komitəsinin əməkdaşı Ceyhun Rəhmanov, OCEP layihəsinin ekspert qrupunun sədri Cəfərov Namiq, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı Mürvət İbrahimli, Nizami Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vasif İsayev, 242 nömrəli tam orta məktəbin direktoru Sevinc Bayramova və başqaları bildiriblər ki, olimpiya dəyərləri, mədəniyyətlərarası əlaqə, sülh və dostluğu təşviq edən OCEP layihəsi çərçivəsində ölkəmizdə təşkil olunan tədbirləri yüksək əhəmiyyətə malikdir.

Tədbirdə şagirdlərin ifasında Malta və Azərbaycanın milli rəqsləri, adət-ənənələrini əks etdirən ədəbi-bədii kompozisiyalar nümayiş olunub, hər iki ölkənin sənət incilərinə, mədəni zənginliklərinə, milli mətbəxinə həsr olunan pavilyonlara baxış keçirilib.

Oxşar Xəbərlər

Back to top button