GündəmSosial
Trend

Nizami rayonunda 21 avqust – 21 sentyabr “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Sülh Aylığı” çərçivəsində “Sülh quruculuğunda gənclərin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masada çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Bəhman Hüseynov, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşı Mais Günəşov, Nizami Bələdiyyəsinin sədr müavini Heydər Rəhimov, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin Nizami rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədr müavini, I Qarabağ müharibəsi veteranı Qəhrəman Qasımov, eləcə də rayon təşkilatının könüllüləri Zakir Şahverdi və İldırım Eyvazlı mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Çıxışlarda sülhün qorunması və təşviqində gənclərin rolu, onların ictimai proseslərdə fəal iştirakı, milli-mənəvi dəyərlərin təbliği və gələcək nəsillərin sülh şəraitində formalaşmasının əhəmiyyəti vurğulanıb.

Tədbir iştirakçıları arasında mövzu ətrafında fikir mübadiləsi aparılıb, gənclərin sülh quruculuğunda fəal iştirakının əhəmiyyətinə dair müxtəlif fikirlər səsləndirilib.

Oxşar Xəbərlər

Back to top button