AnalitikaGündəmSiyasət

Müstəqil Xarici Siyasət və Azərbaycanın Beynəlxalq Nüfuzunun Artması

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və davamlı inkişaf strategiyasının formalaşdırılması ilə səciyyələnir. Onun rəhbərliyi dövründə ölkədə güclü siyasi sabitlik təmin olunmuş, dövlət institutları möhkəmləndirilmiş və hüquqi islahatlar ardıcıl şəkildə həyata keçirilmişdir.

Prezident İlham Əliyevin əsas fəaliyyət istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi olmuşdur. Neft-qaz sektorundan əldə edilən gəlirlərin qeyri-neft sahələrinin inkişafına yönəldilməsi nəticəsində sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika və turizm sahələrində mühüm nailiyyətlər əldə edilmişdir. Regionların sosial-iqtisadi inkişaf proqramları ölkə üzrə balanslı inkişafı təmin etmiş, yeni iş yerləri yaradılmışdır.

Xarici siyasətdə Prezident İlham Əliyev Azərbaycanın müstəqil və prinsipial mövqeyini qoruyaraq, beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq enerji və nəqliyyat layihələrinin mərkəzinə çevrilmiş, regional və qlobal əməkdaşlıq təşəbbüslərində fəal iştirak etmişdir.

Prezident İlham Əliyevin fəaliyyətində ən mühüm tarixi hadisə Azərbaycanın ərazi bütövlüyünün bərpası olmuşdur. 2020-ci ildə qazanılan Vətən müharibəsi Zəfəri onun qətiyyətli liderliyinin, güclü siyasi iradəsinin və strateji düşüncəsinin nəticəsidir. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Sosial siyasət sahəsində Prezident İlham Əliyev əhalinin rifahının yüksəldilməsini daim diqqət mərkəzində saxlamışdır. Təhsil, səhiyyə, sosial müdafiə və şəhid ailələri ilə bağlı həyata keçirilən tədbirlər sosial dövlət modelinin gücləndirilməsinə xidmət edir. Cənab İlham Əliyevin fəaliyyəti müasir, güclü və suveren Azərbaycanın formalaşmasına yönəlmiş ardıcıl və məqsədyönlü dövlət siyasəti kimi qiymətləndirilir.

Aida Əliyeva,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button