AnalitikaGündəmSiyasət

Minalarla Sınağa Çəkilən Torpaq – Füzuli

Füzuli rayonu azad edilmiş ərazilər arasında mina təhlükəsinin ən yüksək olduğu bölgə kimi tanınır. İşğal illərində erməni qüvvələri ərazini məqsədli şəkildə minalamış, təkcə hərbi zonaları deyil, yaşayış məntəqələrini, kənd yollarını, hətta qəbiristanlıqları belə partlayıcılarla çirkləndirmişlər. Bu səbəbdən Füzuli azadlıqdan sonra bərpa prosesinin ən çətin və riskli olduğu rayonlardan birinə çevrilib.
Minaların çoxluğu həm insanların doğma yurdlarına qayıdışını, həm də infrastruktur layihələrinin həyata keçirilməsini ləngidir. ANAMA əməkdaşları və hərbi mühəndis bölmələri böyük fədakarlıqla bu əraziləri təmizləmək üçün gecə-gündüz çalışırlar. Hər bir mina zərərsizləşdirildikcə, torpaq sanki yenidən nəfəs alır, həyat bir addım da doğmalığa yaxınlaşır.
Rəqəmlər göstərir ki, Füzuli ərazisində on minlərlə mina və partlamamış sursat aşkar olunmuşdur. Bu təhlükəli irs təkcə müharibənin izlərini deyil, düşmənin vəhşiliyini də nümayiş etdirir. Lakin Azərbaycan dövləti beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək təmizləmə işlərini sistemli şəkildə davam etdirir və məqsəd qısa müddətdə bütün yaşayış sahələrini təhlükəsiz etməkdir.
Bu gün Füzuli həm qəhrəmanlıq, həm də səbr sınağından keçir. Minalardan azad olunan hər qarış torpaq insanın həyatına, kəndlərin yenidən doğulmasına, məktəblərin, yolların bərpasına ümid gətirir. Füzuli artıq təkcə müharibənin deyil, həm də dirçəlişin və insan iradəsinin simvoludur.

Ləman Məmmədova,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button