AnalitikaGündəmSiyasət

Milli maraqların müdafiəsində

Tarix gostərir ki, bəzi beynəlxalq qurumlar və dövlətlər Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən məsələlərdə obyektiv mövqe nümayiş etdirməyib. Home səbəb olub. Bunun nəticəsində Azərbaycan beynəlxalq hüququn kağız üzərində qaldığını anlayaraq öz haqqını öz gücü ilə təmin etməli olub.

Dövlətin güclü ordusu, strateji düşüncəsi və xalqın birliyi sayəsində ölkə ərazi bütövlüyünü bərpa etdi. Bu, müstəqil siyasətin və daxili resurslara güvənməyin uğurlu nəticəsidir.

Bununla yanaşı, Azərbaycan enerji siyasətində də eyni prinsipə sadiq qalıb. Ölkəmiz öz enerji resurslarını müstəqil şəkildə idarə edərək Avropanın əsas enerji təchizatçılarından birinə çevrilib. Xarici təsirlərə baxmayaraq, Azərbaycan balanslı və praqmatik siyasət yürüdərək həm iqtisadi, həm də geosiyasi mövqeyini gücləndirib.

Beləliklə, Azərbaycan milli maraqlarını qorumaqda qətiyyətli olub və heç bir beynəlxalq quruma arxalanmadan öz taleyini özü müəyyənləşdirib. Bu prinsipial yanaşma ölkənin gələcəkdə də müstəqil və güclü dövlət kimi mövqeyini möhkəmləndirir.

Nigar Cəlalova,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button