Milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti çox çətin şəraitdə fəaliyyət göstərirdi
Tarixdən məlumdur ki, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 28 may 2018-ci ildə yaranmışdır. Məhz bu gün inkişaf etməkdə olan müstəqil Azərbaycan Respublikası-Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Parlamenti 1918-ci il dekabrın 7-də təsis edildi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamenti – Azərbaycan Milli Şurası özünün ilk addımlarını atmağa başladı. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 27- dən iyunun 17-dək davam edən və cəmi 20 gün sürən ilk fəaliyyəti dövründə cəmi 7 iclası keçirildi və bu iclaslarda başlıca olaraq iki mühüm qərar qəbul edildi: birincisi – Azərbaycanın istiqlalı elan olundu və İstiqlal bəyannaməsi qəbul edildi; ikincisi – Gəncədə Fətəli xan Xoyski başda olmaqla ilk Azərbaycan hökumətini formalaşdırdı və 1813-cü ildən sonra ilk dəfə olaraq Azərbaycanın müstəqil idarə olunmasına başlandı.
29 may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti etnik-milli və siyasi cəhətdən öz demokratik xarakterinə görə diqqəti cəlb edirdi. Çünki, Xalq Cümhuriyyəti dövründə Azərbaycan Parlamentində yerlər ölkədə yaşayan başqa millətlərin say tərkibinə nisbətdə ədalətli şəkildə bölünmüşdür. Xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir dövrdə meydana gəldi və çox çətin şəraitdə fəaliyyət göstərdi. Yeni qurulmuş bu Gənc dövlət cəmi 23 ay yaşadı və başqa sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyünün qorunması sahəsində də əhəmiyyətli işlər gördü. Bu zaman ərazi bütövlüyümüzə Ermənistan tərəfdən daimi xarakter alan təhlükəyə qarşı böyük sayıqlıq və barışmaz müqavimət tələb olunurdu. Gənc dövlət isə kifayət qədər möhkəm deyildi, iqtisadiyyat zəif inkişaf edirdi. Buna baxmayaraq ölkənin ərazi bütövlüyünə qarşı yönəldilmiş təhlükənin aradan qaldırılması istiqamətində milli hökumət dəyərli işlər görmüşdür. AXC-nin özünəməxsus xarici siyasəti olmuşdur. Gerçəklikləri nəzərə alaraq aparılan siyasət az müddət içərisində AXC-nin dünyada tanınmasına təkan vermiş, ölkənin inkişafını düzgün stimullaşdırmışdır. AXC-nin xarici siyasətinin aparılmasında əsas fiqurlardan biri də Əlimərdanbəy Topçubaşov olmuşdur. Ə. Topçubaşovun siyasi görüşləri, onun siyasi fəaliyyəti AXC-nin mövcudluğu dövründə əsasən beynəlxalq məclislərdə, xüsusilə də Paris sülh konfransında özünü yüksək səviyyədə, açıq aydın göstərmişdir. Əlbəttə, bunun səbəbi dövrün doğurduğu vəziyyətlə, ölkənin daxili və xarici siyasətinin uğurları ilə bağlı idi. Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə doğulmuşdu. Bakıda hakimiyyəti S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik güruhu ələ keçirmiş və Azərbaycanın türk-müsəlman əhalisinə qarşı dəhşətli soyqırımına başlamışdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri və himni bərpa olundu. Azərbaycan Xalq Cümhuriyyətinin Vətən tarixində yenidən bərpasına xüsusi qiymət verən Umummilli lider, ulu öndər Heydər Əliyev demişdir ki: ―Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır.
Səba Rzayeva,
YAP-ın gənc fəalı