Məktəb inspektoru vakansiyası üzrə müsabiqənin yazılı imtahan mərhələsinin nəticələri açıqlanıb
Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində məktəb inspektoru vakansiyası üzrə müsabiqənin yazılı imtahan mərhələsinin nəticələri açıqlanıb.
Aktualinfo.az AZƏRTAC-a istinadən xəbərə görə, vakansiya üzrə 592 namizəd müraciət edib. Onlardan tələblərə uyğun olan 206 nəfər imtahana dəvət edilib, 146 namizəd imtahanda iştirak edib. İmtahanda iştirak namizədlərdən 83 nəfəri yazılı imtahan mərhələsini uğurla keçərək növbəti müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
İmtahanda namizədlərə pedaqogika və metodika, tənqidi oxu bacarığı, təhsil və idarəetmə, qanunvericilik, riyazi məntiq üzrə hər birindən 10 sual olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edilib. Bundan başqa, yazı bacarığının yoxlanılması üçün namizədlər onlara təqdim olunun iki mövzudan biri üzrə esse yazıblar.