İqtisadiyyat
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirakı müzakirə olunub
Macarıstan şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı müzakirə olunub.
Gundemws.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə ölkələrimiz arasında ikitərəfli münasibətlərə töhfə verən təşəbbüslərin əhəmiyyətini vurğuladıq. İqtisadi-ticarət əlaqələrinin təşviqi, Macarıstan şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı və ölkəmizin tranzit potensialından istifadə imkanları barədə müzakirə apardıq”, – deyə M.Cabbarov qeyd edib.