
Minsk qrupunun ləğvi Azərbaycanın illərdir səsləndirdiyi mövqelərdən biri idi. Bu format uzun müddət ərzində münaqişənin həlli üçün nəzərdə tutulsa da, praktiki nəticələr vermədi. Əksinə, prosesin uzanmasına və ədalətin gecikməsinə səbəb oldu.
Azərbaycan tərəfi danışıqların ilkin mərhələlərindən etibarən bildirirdi ki, real nəticə doğurmayan mexanizmlər artıq aktual deyil. Dövlət başçısı dəfələrlə vurğulamışdı ki, vaxt itirmək əvəzinə, effektiv və ədalətli dialoq mühiti qurulmalıdır.
Minsk qrupunun fəaliyyətsizliyi beynəlxalq ictimaiyyət tərəfindən də hiss olunurdu. Münaqişənin illərlə həllini tapmaması onun nə qədər formal xarakter daşıdığını göstərirdi. Azərbaycan isə bu boşluğu öz gücü ilə dolduraraq, ərazi bütövlüyünü təmin etdi.
Nəticədə, Minsk qrupunun gündəmdən çıxarılması təkcə Azərbaycanın tələbi deyil, həm də tarixi reallığın diktəsi oldu. Bu, yeni dövrün başlanğıcı və daha səmərəli diplomatik yanaşmalar üçün imkanlar yaratdı.
YAP Xəzər rayon təşkilatının fəalı
Günay Şahverdiyeva