ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə dünya çempionatına bu gün yekun vurulacaq.
Aktualinfo Media Qrup “Qafqazinfo”- ya istinadən xəbər verir ki, mundialın final oyununda son dünya çempionu Argentina millisi ilə İspaniya yığması qarşılaşacaq.
Nyu-York şəhərindəki “MetLife” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.
Qeyd edək ki, ötən gecə üçüncü yer uğrunda görüşdə Fransa millisini 6:4 hesabı ilə məğlub edən İngiltərə yığması bürünc medallara sahib çıxıb.
***
Millilərin start heyətləri açıqlanıb:
Argentina: Emiliano Martines, Qonzalo Montiel, Kristian Romero, Lisandro Martines, Nikolas Talyafiko, Rodriqo De Paul, Aleksis Mak Allister, Entso Fernandes, Niko Qonsales, Lionel Messi, Julian Alvares.
İspaniya: Unai Simon, Pedro Porro, Pao Kubarsi, Aymerik Laport, Mark Kukurelya, Rodri, Fabian Ruis, Lamin Yamal, Dani Olmo, Aleks Baena, Mikel Oyarzabal.



