GündəmAnalitikaOrdu

İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir

44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad olundu. Həmin vaxt zəfərimizin sevinci sonsuz oldu. Ancaq kədərimiz də böyükdü. Çünki işğalında qaldığı otuz ilə yaxın müddətdə Qarabağda, Şərqi Zəngəzurda daş daş üstə qalmamış, evlər yandırılmış, qədim abidələr, infrastururukturlar tamamilə dağıdılmışdı. (BMT-nin hesablamalarına görə işğal nəticəsində Azərbaycana dəymiş iqtisadi zərərin həcmi 53.5 milyard ABŞ dolları həcmindədir.) Lakin daha sonra Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər sevincimizə, torpaqlarımızda böyük yenidən quruculuq işlərinin başlanması xəbəridə qatıldı.

Hazırda qarşıda dayanan əsas vəzifə azad olunmuş ərazilərimizdə yenidən qurma və bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərlər edir və bir çox qərarlar qəbul etmişdir. İşğaldan azad olunmuş torpaqlarımızda artıq böyük inkişafın təməlləri atılır.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2020-ci ilin 16 noyabrında işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında səfərdə olarkən dedi: “Bu gün artıq biz quruculuq işlərinə başlamışıq. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək”. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də dünyada uğurlu inteqrasiyaya nail olmaqla regional və beynəlxalq arenada inkişafı təmin etməkdir. Dövlətimizin başçısının xüsusi tapşırığına əsasən, Şuşa şəhərində əhəmiyyətli infrastrukturların, həmçinin içməli su təchizatı sistemlərinin bərpası işləri həyata keçirilir. Bu da o deməkdir ki, Ali Baş Komandan İlham Əliyev erməni işğalı nəticəsində didərgin düşmüş vətəndaşların müharibədən sonra öz doğma yurdlarına qayıtmaları üçün əlindən gələni edib.

İşğaldan azad olunan ərazilərin yenidən qurulması istiqamətində ilk addımlar avtomobil yollarının çəkilməsi oldu. Qarabağın dirçəlişinə aparan “Böyük Qayıdış”proqramının birinci mərhələsi məhz işğal olunmuş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılmasıdır.

Prezident İlham Əliyev, daha sonra Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Bu hadisənin əhəmiyyəti olduqca böyükdür. Bu dəmir yolu xətti nəinki ölkəmizin, həm də bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. Ümumi uzunluğu 100 kilometr olan bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara rahat gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Ən mühümü isə odur ki, bu infrastruktur Türkiyəyə qədər uzanmaqla Bakı-Tbilisi-Ceyhandan sonra Azərbaycanı qardaş ölkə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi olacaq. Həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin yaranmasına böyük töhfə verəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri zamanı  mühüm hadisələrdən biri də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Bu, işğaldan azad olunmuş ərazilərdə qısa müddət ərzində inşa edilən ikinci aeroportdur. Zəngilan Beynəlxalq Hava Limanının ilk ali qonağının qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın olması xalqımızda yüksək məmnunluq doğurdu.

İşğaldan azad olunan ərazilərimizdə iki ildən az müddətdə ikinci beynəlxalq hava limanı istifadəyə verildi. Bu, ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan, həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirildiyindən xəbər verir.

Dövlət başçısı cənab prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına növbəti səfər zamanı bir sıra yeni obyektlərin təməlini qoyub, Böyük qayıdışın başladığı Zəngilanın Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinləri ilə görüşüblər. Dövlət başçısı deyib ki, burada həyat qaynayacaq: “Bir azdan sonra başqa kəndlərdə də evlər tikiləcək, Zəngilan şəhərində də evlər tikiləcək. Ağalı birinci layihədir, siz də azad edilmiş torpaqlara ilk gələn uşaqlarsınız.

Vətən müharibəsinin qələbə ilə başa çatmasından cəmi 1 il 8 ay sonra “ağıllı kənd” layihəsinin ilk nümunəsi olaraq Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verilib. “Ağıllı” şəhər və kəndlərin fəaliyyəti smart cihazlardan əldə olunan məlumatlar üzərində qurulur. Bu cihazlar telefonlar və ya avtomobillərdəki sensorlar da ola bilər. Smart cihazlar vasitəsilə kifayət qədər məlumat əldə edildikdə isə məsul şəxslər şəhərin ehtiyaclarını müəyyənləşdirə və lazımi infrastruktur işlərinə start verə bilərlər. Hazırda bir çox “ağıllı şəhər”lərin bütün evlərində yalnız günəş enerjisindən istifadə olunur. Əsas nəqliyyat vasitələri isə elektriklə işləyən avtomobillərdir. Bu şəhərlərdə küçələr sensorlu işıqlandırma sistemləri ilə təchiz edilib. Bunların isə əhəmiyyəti böyükdür. Kənddə məktəb, səhiyyə müəssisəsi, bağça inşa edilmiş, tibb məntəqəsi, “ASAN” xidmət, “DOST” mərkəzi, bank, mağazalar, iaşə obyektləri, kiçik və orta biznesə dəstək üçün zəruri xidmətlər yaradıldı. Bu gün artıq yurduna qovuşmağın sevincini təkcə ağalılılar yaşamır. Keçmiş məcburi kökünlərin doğma yurdlarına qayıdışı uğurla davam etdirilir. Dövlətimizin yenidən tikib-qurduğu yaşayış məntəqələrimizdə həyat canlanır Bu gün Zəngilanın Ağalı, Tərtər rayonunun Talış kəndlərinin, Laçın şəhərinin, Zabux, Sus kəndlərinin, Füzuli şəhərinin sakinləri otuzillik ayrılıqdan sonra öz doğma yurdlarında ömür sürürlər.

Xatırladaq ki, nəinki Zəngilanda, Cəbrayılda,  Qubadlıda, Ağdamda, Şuşada, ümumiyyətlə, erməni vandallığına məruz qalmış, erməni işğalından azad edilmiş  bütün ərazilərdə çox vacib layihələr həyata keçirilir

Bununla yanaşı cənab Prezident İlham Əliyevin fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyini təmsil edən nümayəndələr abidələrin və mədəniyyət müəssisələrinin ilkin inventarlaşdırılması məqsədilə keçirilmiş monitorinqlər zamanı 177 tarix-mədəniyyət abidəsinə, tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyektə, habelə 368 mədəniyyət müəssisəsinə baxış keçirilib. Mədəniyyət müəssisələrinin və abidələrin əksəriyyətinin dağıdıldığı, mənimsənildiyi və vandalizm aktlarına məruz qaldığı aşkar edilib və bununlada tarixi, mədəni, dini abidələrimiz yenidən bərpa edilmişdir.

Günel Cəlilova,
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin Təsviri incəsənət müəllimi 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button