AnalitikaGündəmSosial

İşğaldan azad edilən torpaqlarda dağıdılmış tarixi-mədəni abidələrimiz bu gün bərpa edilir və yenidən dirçəlir

Ermənistanın Azərbaycana qarşı apardığı soyqırım siyasəti XX əsrin son onilliyində pik həddə çatdı. Ermənilərin Azərbaycan xalqına qarşı təcavüzü nəticəsində insanlarımız öz doğma yurd-yuvalarından didərgin salınaraq məcburi köçkün vəziyyətinə salındı. Azərbaycan xalqının tarixi-mədəni irsinə və etnik-mədəni dəyərlərinə ağır zərbələr vuruldu. Dağıdılmış mədəni abidələr sırasında Azərbaycanın islam irsinə məxsus olan məscidlər, habelə pirlər, ocaqlar, ziyarətgahlar da vardı. Bu siyahıda həmçinin qədim məzarlıqlar, arxeoloji qazıntılar, alban məbədləri, tarixi əlyazmalar və eksponatları əlavə etmək lazımdır. Ermənilərin törətdikləri bu vandalizm beynəlxalq hüquq normalarına zidd olduğu üçün zaman-zaman bir çox beynəlxalq təşkilatlar tərəfindən qəti şəkildə pislənib. Mənfur ermənilər 400-dən çox tarixi-mədəni abidələrimizi məhv etmişdir. Dağıdılması mümkün olmayan abidələr isə baxımsızlıqdan yararsız hala düşmüşdür. Bunlardan qədimi Şuşa şəhərinin əsas rəmzlərindən hesab edilən Yuxarı Gövhər ağa məscidi və Şuşa qalası, Ağoğlan məbədi, Kəlbəcər rayonunda Qırmızı monastr adlı alban məbədləri, 11 məbəd, 5 qala, 3 məscid, 17 məbəd, 5 ziyarətgah, Qubadlı rayonunda 2 mağara, 8 məscid, 7 türbə, 2 məbəd, 2 imamzadə, 10 ocaq-pir, 6 qala məhv edilib və ya erməniləşdirilmişdir. Ermənistanın Azərabycanın maddi və qeyri-maddi mədəni irsinə qarşı yönələn qeyri-qanuni fəaliyyəti, xüsusən tarixi abidələrini hədəfə alınması “Silahlı münaqişələr zamanı mədəni sərvətlərini qorunması haqqında” Haaqa, “Arxeoloji irsin qorunması haqqında” “Avropa və ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Unesco konvensiyalarının və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulması deməkdir.

Cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun apardığı haqq savaşında zəfər bizimlə oldu.

İşğaldan azad olunan ata-bala torpaqlarımızda tarixi-mədəni abidələrimiz bərpa edilir. Ermənistan isə törətdiyi vəhşiliklərə, vandalizmə qarşı beynəlxalq hüquq qarşısında gec-tez cavab verəcək!

Zeynalova Turanə,
YAP Xəzər rayon təşkilatı “Xanlar 1” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button