
Beynəlxalq siyasət müasir dövrdə qlobal çağırışlarla qarşılaşdığı üçün müxtəlif platformalar siyasi dialoqun və əməkdaşlığın inkişafında mühüm rol oynayır. Forumlar dövlətlərin mövqelərinin açıqlanması, regional və beynəlxalq məsələlərin müzakirəsi üçün əlverişli imkan yaradır.
Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq forumlar bu istiqamətdə ciddi təsir gücünə malikdir. Ölkənin geosiyasi mövqeyi, balanslı xarici siyasət kursu və beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı Azərbaycanın forumları effektiv diplomatik alət kimi istifadə etməsinə imkan yaradır. Bu tədbirlər çərçivəsində qlobal problemlərin həlli yolları müzakirə olunur, yeni əməkdaşlıq formatları formalaşdı.
Forumların əhəmiyyəti yalnız siyasi müstəvidə deyil, iqtisadi və humanitar sahələrdə də özünü göstərir. Qlobal iqtisadi böhranlar, enerji təhlükəsizliyi və dayanıqlı inkişaf kimi məsələlər beynəlxalq ictimaiyyətin gündəmində əsas yerlərdən birini tutur. Forumlar bu problemlərin həllində dövlətlər və beynəlxalq təşkilatlar arasında koordinasiyanın güclənməsinə yardımçı olur.
Azərbaycanın beynəlxalq forumlarda fəal iştirakı ölkənin qlobal siyasətdə artan nüfuzunun göstəricisidir. Bu platformalar vasitəsilə Azərbaycan yalnız öz maraqlarını müdafiə etmir, həm də regional və beynəlxalq təhlükəsizliyə töhfə verir.
Beləliklə, beynəlxalq məsələlərin müzakirəsində forumlar mühüm vasitə kimi çıxış edir. Qlobal siyasətdə sabitliyin və qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edən bu platformalar, dövlətlərarası münasibətlərin yeni mərhələyə keçməsində mühüm rol oynayır.
Ələkbər Novruzov,
YAP Xəzər rayon təşkilatının fəalı