Sosial
İlham Əliyev Dövlət Agentliyi ilə bağlı fərman imzaladı
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnaməyə dəyişiklik edilib.
Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.
“Azərbaycan Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilib.