
Marafon üzrə ikiqat olimpiya çempionu Eliud Kipçoqe Antarktidada qaçmağı planlaşdırır.
“Gundemws.az” xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Keniyalı atlet açıqlamasında ekstremal addım atmaq niyyətində olduğunu, bu səbəbdən Antarktidada qaçmaq istədiyini söyləyib.
Qeyd edək ki, 40 yaşlı idmançı 2016, 2020-ci illərdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.



