“Heydər Əliyev və onun Azərbaycan təhsilində rolu” mövzusunda tədbir keçirilib
“Heydər Əliyev İli” çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və onun Azərbaycan təhsilində rolu” mövzusunda tədbir keçirilib.
Gundemws.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, muzeylə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub. Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər.
Sonda xatirə şəkli çəkdirilib.