SosialMaraqlı

“Heydər Əliyev irsi: hüquqi dövlətin və milli dəyərlərin təbliği” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən “Heydər Əliyev irsi: hüquqi dövlətin və milli dəyərlərin təbliği” adlı layihə üzrə növbəti tədbir Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunub.

Gundemws.az xəbər verir ki, tədbirdə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən, tədris-təlim işləri üzrə direktor müavini Səbinə Hacıyeva, Peşə Təhsil Mərkəzinin direktor müavini Asif Bayramov, YAP Nizami rayon təşkilatının məsləhətçisi Aytac Məhərrəmli, layihə rəhbəri Mürsəl Bəkirli və başqaları çıxış ediblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, hüquqi dövlət prinsiplərinin formalaşmasında və milli-mənəvi dəyərlərin qorunub inkişaf etdirilməsindəki müstəsna rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, bu zəngin irsin gənc nəslə aşılanması müasir dövrdə və “Konstitusiya və Suverenlik İli” çərçivəsində mühüm əhəmiyyət daşıyır.

Tədbir interaktiv müzakirələr şəraitində davam edib, gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb, hüquqi maarifləndirmə istiqamətində faydalı fikir mübadiləsi aparılıb.
Sonda layihə çərçivəsində keçirilən inşa müsabiqəsinin nəticələri açıqlanıb. Nəticələrə əsasən, birinci yerin qalibi Pərvanə Məlikzadə, ikinci yerin qalibi Cəlalə Abdullazadə, üçüncü yerin qalibi isə Nuray Manafova olub. Qaliblərə diplom və hədiyyələr, digər iştirakçılara isə sertifikatlar təqdim edilib.

Tədbir xatirə şəkli çəkdirilməsi ilə yekunlaşıb.
#AzGF #GənclərFondu

Oxşar Xəbərlər

Back to top button