AnalitikaGündəmMədəniyyətSiyasət

Hər gün gözəlləşən Şuşa sülhün rəmzinə çevrilir

2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Buna görə də Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi. Müzəffər Ordumuz Şuşanı azad etdikdən sonra Erməni tərəfi artıq bütün xülyalarının puç olduğunu daha aydın şəkildə dərk etdi. 2020-ci il noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla keçmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ” münaqişəsinə birdəfəlik son qoyuldu. Tamamilə Azərbaycanın maraqlarına cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiyası deməkdir və bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Ötən ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Dünya Azərbaycan dövlətinin gücünü və Azərbaycan Prezidentinin siyasi iradəsini bir daha gördü.

Bu gün Azərbaycan ədalətli sülhün tərəfdarıdır. İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində dörd il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdi və Azərbaycan düşmən ölkəyə qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edir. Hazırda regionda yeni reallıqlar yaranıb və bu reallıqlar qanunilik və legitimliyə əsaslanır və bu gün Ermənistanın bir yolu var, o da Azərbaycanın təklifləri ilə razılaşmaqdır. Və bu gün Cıdır düzündə keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında Prezident İlham Əliyev cənablarının çıxışından Ermənilər bu dəfə bir nəticə çıxarmalıdır. Çünki bu gün bu kimi tədbirlər Şuşanın savaş mərkəzi yox, mədəniyyət və incəsənət mərkəzi olduğunu, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının söylədiiyi kimi, Şuşanın islam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir. Və Müzəffər Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin 20 illik gərgin əməyinin nəticəsində formalaşan güclü Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdi, ölkəmiz öz ərazi bütövlüyünü təmin etdi, “Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur” deyən Ulu Öndər Heydər Əliyevin arzusunu da bu gün Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar” deyərək reallaşdırdı. Beləliklə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Şuşada beynəlxalq əhəmiyyətli toplantıların, xüsusi iclasların keçirilməsi böyük siyasi və rəmzi məna daşıyır. Və bu gün dünyanın hansı yerində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının baş dik, alnı açıqdır, Azərbaycanlı olması ilə fəxr edir.

Hazırda Şuşada böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Həqiqətən də Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Cənab Prezident İlham Əliyevin dediyi kimi, hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır.

Vüqar Muradov,
YAP Saunçu rayon təşkilatının fəal üzvü, Vətən müharibəsi qazisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button