Mədəniyyət

Həmyerlilərimiz Albaniyada musiqi festivalında uğurla çıxış ediblər

Azərbaycanlı gənc musiqiçilər Albaniyada keçirilən “Kënga Magjike” musiqi festivalında uğurla çıxış edib.

Aktualinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, festivalda iştirak edən “Mamagama” qrupunun üzvləri Asəf Mişiyev və Roman Zilyanyev “Ən yaxşı xarici artist” mükafatına layiq görülüblər.

Qeyd edək ki,“Kenga Magjike” 1999-cu ildə yaradılmış musiqi müsabiqəsidir. Bu mərasimdə dünyanın müxtəlif ölkələrini təmsil edən sənətkarlar öz musiqi bacarıqlarını nümayiş edirlər.

Oxşar Xəbərlər

Back to top button