SiyasətAnalitikaGündəm

Gürcüstan və Azərbaycan arasında imzalanan sənədlər qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlığın göstəricisidir

2025-ci il aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana etdiyi rəsmi səfər iki ölkə arasında mövcud olan sıx və strateji münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Gürcüstan və Azərbaycan arasında imzalanan sənədlər qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlığın göstəricisidir. Prezident Mixeil Kavelaşvili isə çıxışında Azərbaycanın regional güc mərkəzi kimi artan rolunu yüksək qiymətləndirdi. O, qeyd etdi ki, Gürcüstan Azərbaycanla əməkdaşlığı strateji xətt olaraq görür və bu münasibətlərin daha da möhkəmləndirilməsində maraqlıdır: “Azərbaycanın inkişaf yolu və uğurlu xarici siyasəti Gürcüstan üçün nümunədir. Biz iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə qərarlıyıq.”

Hər iki dövlət başçısı iqtisadiyyat, energetika, nəqliyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün konkret planlar barədə razılığa gəldiklərini qeyd etdilər. Prezidentlər qarşılıqlı səfərlərin intensivləşdirilməsi, biznes forumların təşkili və gənclər arasında təhsil mübadilələrinin artırılmasını da planlaşdırdıqlarını açıqladılar.

Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır: Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa, səmərəli alternativ bağlantı yaradır.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button