Analitika

Görülən və görüləcək işlərin məntiqi nəticəsi olaraq Şuşa həyatının işıqlı bir yolundadır

Şuşanın hər daşında mədəni irs yadigarı var.Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi olub. Elə Prezident Sərəncam da Şuşa şəhərinin bu statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasını özündə ehtiva edir. Prezidenti İlham Əliyev bu ərazilərin inkişafı, yenidən qurulması, abadlaşması prosesinə xüsusi diqqət göstərir.

Dövlət başçısının Şuşa şəhərinə nə dərəcədə önəm verməsini şəhərin azad edilməsindən dərhal sonra onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyasının aparılması, bərpa işlərinə başlanılması barədə tapşırıqlarının icrası da sübut edir. Azad olunduqdan sonra bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilib.

Azərbaycan dünyaya nümayiş etdirir ki, o, qurub-yaradandır, torpağına sahiblənməyi bacardığı kimi, bu məkanın abadlaşması naminə də əzmlə çalışır. Bu gün Qarabağdakı üç hava limanından – Şuşaya aparan magistral yollardan bu cənnət məkana gələnlərə ermənilərin 30 il ərzində viran qoyduqları ünvanların da fotoları göstəriləcəkdir.Burada ən müasir standartlara cavab verən yeni yaşayış kompleksləri,otellər, hava limanları turistlərin rahatlığına xidmət edəcək. Bundan əlavə hazırda Yuxarı Gövhər Ağa, Mamayı,Saatlı məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid bərpa edilib və 2023-cü ilin may ayında istifadəyə verilib. Mədəniyyət paytaxtı Şuşanın qədim şöhrətini bərpa edərək buraya təşrif buyuracaq qonaqlar müxtəlif mədəni tədbirlərdə iştirak etmək imkanına malik olacaqlar. Şuşa təkcə Azərbaycanın deyil, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir və Şuşanın azad edilməsi əməliyyatını öyrənənlər bir zamanlar Şuşa xarabalıqları üzərində qurulmuş cənnətin də sirlərini araşdıracaqlar.

Məhz bu baxımdan Mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasiminin keçirilməsi Şuşanın daş yaddaşına hopan bir tarix kimi ədbədiləşdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi tədbir Alınmaz Qaladan dünyaya bir mesaj oldu.

Bir sözlə, Qarabağın, onun incisi Şuşa şəhərinin tarixində yeni mərhələ başlayır.Görülən və görüləcək işlərin məntiqi nəticəsi olaraq Şuşa həyatının işıqlı bir yolundadır.

Abbasova Yeganə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button