GündəmOrduSiyasət

General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb

Avqustun 17-də general-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda dəfn edilib.

Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən  xəbər verir ki, mərasimdə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov, DSX-nin və Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.

Mərasimdə tabutun büküldüyü üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim olunub.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button