
Türkiyənin “Fənərbağça” komandası PSJ-nin futbolçusu Marko Asensionun transferi üçün Fransa klubu ilə anlaşıb.
Gundemws.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqa təmsilçisi tibbi müayinədən keçmək və rəsmi müqavilə imzalamaq üçün ispaniyalı tanınmış yarımmüdafiəçini İstanbula dəvət edib.
29 yaşlı futbolçu ilə sözləşmənin detalları hələlik bəlli deyil.
Qeyd edək ki, Marko Asensio daha əvvəl “Real Madrid”in də formasını geyinib.