GündəmSiyasət

Əsədov Kobaxidze ilə görüşdü – Fotolar

Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov avqustun 5-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən ”Gundemws.az” a verilən məlumata görə, Əli Əsədov Prezident İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.

İrakli Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, energetika, humanitar və digər istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.

Oxşar Xəbərlər

Back to top button