Gündəm

Emin Əmrullayev İrakli Qaribaşvili ilə görüşdü

Mayın 19-da elm və təhsil naziri Emin Əmrullayev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Gundemws.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüşdə Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari, ADA Universitetinin rektoru Hafiz Paşayev və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev iştirak ediblər.

Görüş zamanı Azərbaycanda gürcü dilində, Gürcüstanda isə Azərbaycan dilində tədris aparılan ümumtəhsil müəssisələrinin fəaliyyəti yüksək qiymətləndirilib, ümumi təhsil, ali təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri vurğulanıb.

Oxşar Xəbərlər

Back to top button