Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk illərdən qəbul etdiyi fundamental qərarlarla,imzaladığı sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyi,verdiyi vədlərin sırf əməli fəaliyyətə,reallığa adekvat olduğunu göstərmişdir.Siyasi iradə və qətiyyət,məqsədəyönlülük,mütərəqqi islahatlara meyillilik,öz siyasətini reallaşdırarkən hər bir fərdin,qrupun,ümumilikdə toplumun maraqlarını nəzərə almaq Prezident İlham Əliyevin siyasi lider obrazını şərtləndirən mühüm keyfiyyətlər sırasında xüsusi vurğulana bilər. Bu gün dövlətimiz milli dəyərlərimizin təminatçısına çevrilib.Prezident İlham Əliyev xalqımızın milli dəyərlərinin təbliğinə və gənclərimizin də bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir.Dövlət siyasətində hər bir azərbaycanlının,ən əvvəl,öz xalqının dəyərlərinə sahib çıxması,öz mədəniyyətini,adət-ənənəsini,mentalitetini və milli dəyərlərini qoruması önə çəkilir.”Gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla bərabər,həm də daha çox milli irs,milli mentalitet ərmağan edilməlidir. “ prinsipi əsas götürülmüşdür.Ölkə prezidenti cənab İlham Əliyevin bütün sahələrdə sürətli və davamlı inkiafını şərtləndirən,dövlətimizin daha da möhkəmlənməsi,əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi tədbbirlər öz müsbət nəticələrini verməkdədir.
Daxili inkişafımızla yanaşı,xarici siyasi strategiyamızdakı məqsədyönlü və uzaqgörən addımlar ataraq beynəlxalq nüfuzumuzun daha da yüksəldilməsinə,digər dövlətlərlə sıx dostluq,qardaşlıq əlaqələrinin yaranmasına imkanlar yaratmışdır. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyev prezident seçildikdən sonra ümummilli liderin başladığı işləri uğurla davam etdirdi.Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizdə aparılan siyasəti böyüməkdə olan nəslin hərtərəfli inkişafını,onların cəmiyyətin həyatında fəallığını təmin edir. Bu gün bir çox mühüm vəzifələrə gənclərin gətirilməsi də ölkə başçısının gənclər siyasətinin bir parçasıdır.
Hər kəsə məlumdur ki, dövlətimizin başçısı sadə həyat tərzinə üstünlük verir, təm-tarağı sevmir, daim məmurları da sadə və təvəzökar olmağa çağırır. Özününün əlli illik yubileyini ailə üzvləri, şəxsi dostları, yaxınları ilə deyil Taxtakörpü qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə birlikdə qeyd etməsi həm prezident İlham Əliyevin humanizminin və qayğıkeşliyinin ifadəsi idi, həm də cəmiyyətə bir mesaj idi. Cəmiyyət də, dost da, düşmən də bir daha gördü ki, Azərbaycan prezidentinin ən yaxın dostları elə Azərbaycanın ən sadə vətəndaşlarldır. Bu ənənə indi də davam edir, cənab Prezident ad günlərində, bayramlarda, əlamətdar günlərdə sosial müdafiəyə ehtiyacı olan insanlarla birlikdə olur, onlara mənzillər, minik avtomobilləri hədiyyə edir, parklar, körpülər, yollar açır, müəssisələri, yeni iş yerlərini işə salır.
2020-ci il bütün dünyanın yaddaşına çətinliklərlə dolu bir il kimi həkk olundu.Bütün dünya bir cəbhədə mübarizə apararkən,xalqımız iki tərəfli mübarizə apardı.Ölkə başçısının yürütdüyü qətiyyətli siyasət nəticəsində xalqımız hər iki müharibədən alnı açıq,üzüağ çıxmağı bacarmışdır.Bütün dünyanın pandemiya ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqı öz sərkərdəsinin ətrafında sıx birləşərək 30 ildir ki,həsrətini çəkdiyi Qarabağına qovuşmağa can atırdı və nəhayət ki buna nail oldu.
Əlbəttə,bütün bu nailiyyətlərin təməlində dayanan səbəblər düzgün idarəçilik, müasir siyasi-iqtisadi çağırışların dəyərləndirilməsi və müstəqil siyasətin həyata keçirilməsidir. Prezident İlham Əliyev öz siyasətini formaca çox sadə, lakin məna yükü çox böyük olan dörd kəlmə ilə ifadə edir: Bizim siyasətimiz, bizim işimizdir! Sözlə əməl bir olanda ölkədə inkişaf olur, ədalət olur, birli olur,xalqın öz sabahına inamı olur, bu inamı yaradan Liderinə etibar, etimad və məhəbbət olur. Məhz bu birliyin sayəsində biz, torpaqlarımızı da işğaldan azad etdik, ərazi bütöblüyümüzü bərpa etdik, tarixi yurdlarımıza dönüşü reallaşdıra bildik. Cənab Prezidentin irəli sürdüyü “Biz birlikdə güclüyük!” şüarı isə bütün dövrlərin birlik və həmrəylik himninə çevriləcəkdir! Hər günü gərgin keçən bu 44 günün içərisində biz Azərbaycanın növbəti uğur tarixini yazdıq. Bu tarixin isə bir qəhrəmanı var: Azərbaycan xalqı və onun yenilməz Lideri cənab İlham Əliyev!
Ölkə başçısı son zamanlarda həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının səbəbidir. Sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı aparılmasını vacib vəzifə kimi müəyyən edir. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və qlobal çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Heç şübhəsiz ki, sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoyub və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir.
Prezident İlham Əliyevin siyasəti demokratik dəyərlərə sadiqlik, sağlam əməkdaşlıq və siyasi dialoqu özündə birləşdirir: “Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi”.
Əsgərova Fatma,
Xəzər rayonu, 122 nömrəli məktəbin müəllimi