AnalitikaGündəmSiyasət

Dünyanın geosiyasi dəyişikliklərinin qiymətləndirilməsində XII Qlobal Bakı Forumu böyük əhəmiyyət daşıyır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib. Müsahibə zamanı Qlobal Bakı Formunun əhəmiyyətini xüsusilə qeyd edib. İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda öz işinə başlayan XII Qlobal Bakı Forumu dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadimi, o cümlədən 50 fəaliyyətdə olan və sabiq prezidenti, Baş naziri həmçinin BMT strukturlarının rəhbərlərini, alimləri və ekspertləri bir araya gətirərək beynəlxalq gündəlikdə duran əsas məsələlərin müzakirəsinə geniş imkanlar yaradır. Beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var.

XII Qlobal Bakı Forumun iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər. Xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda əhəmiyyətli dərəcədə vacib bir məsələdir. Bu Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. Açılış sessiyasından da bəlli olur ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur. Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır. Əminik ki, panellər çərçivəsində daha da qızğın müzakirələr aparılacaq. Nəticədə bu Forumda hər zaman yeni ideyalar meydana gəlir.  Beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var. Dəyişən siyasi proseslər nəticəsində demək olar ki, artıq dünya nizamı mövcud deyil. Bu dəyişiklik yeni sistemin formalaşdırılmasını vacib edir. Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bizə məlum olan  dünya nizamı artıq öz əhəmiyyətini itirib. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Bu məsələ müzakirələrin əhəmiyyətini daha açıq şəkildə ortaya qoyur. Bizə aydın olan bir çox məsələlər vardır. Birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma, hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var.

Son dövrlərdə dünyanın siyasi mənzərəsinə diqqət etdikdə görürük ki, bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər.  Buna səbəb beynəlxalq təşkilatların üzərinə düşən öhdəlikləri yerinə yetirməsində göstəriyi acizlikdir. Yenə də qeyd etməliyik ki, qlobal transformasiyanın ilkin mərhələsində olduğumuz üçün bir çox məsələ hadisələrin gedişatından asılı olacaq. Yaxın keçmişə nəzər saldıqda Cənubi Qafqaz xaotik siyasi münasibətlərin meydanı olaraq qarşıdurma və düşmənçilik bölgəsi olub. Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olaraq sabitlikdə uzaq qalıb. Hazırda nisbətən sakit dövrə daxil olmuşuq. Buna görə də  diqqətimizi digər məsələlərə  yönəltməliyik. Növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq.  Bu regionla əlaqədar geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik.

Azərbaycan xarici siyasətində heç bir zaman milli maraqlarımız məsələsində heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Yanaşmamız ondan ibarətdir ki, qlobal nizamı olduqca düzgün qiymətləndiririk. Milli maraqlarımız məsələsində əsas yanaşmalarımız var. Biz bu nəzəriyyələrə sadiq qalmaqla siyasi nüfuzumuzu qoruyuruq. Aktiv olan gərgin siyasi münasibətlərdə  hər bir ölkə anlamalıdır ki, o, öz taleyinin sahibidir.

Onlar bunu nə qədər tez başa düşsələr, bu, onlar üçün bir o qədər də yaxşı olar.  Əgər dövlət maraqlarını başqalarının verdiyi köməyə əsaslandırsaq, bu başqa dövlətlərin maraqlarından asılılığa  səbəb olacaq.  Bunun nəticəsində həmin dövlətlər öz suverenliklərini itirməklə qarşı-qarşıya qala bilərlər. Əgər kimdənsə davamlı kömək istəməyə davam etsək, mütləq qarşılığında nəsə vermək məcburiyyətində qalacağıq.

Azərbaycanın təcrübəsi bunu deməyə əsas verir ki, təcrübəmizlə ədalətli siyasi vəziyyəti bərpa etdik.  Biz bu məsələ də öz resurslarımıza güvənirdik. Suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik. Bugün isə gələcəyimizi özümüz qururuq. Hesab edirik ki, bu böyük bir nəticədir. Azərbaycan reallığıdır. Məsələlərə nikbin istiqamətdən deyil, reallığa əsasən qiymətləndirməliyik. Sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq. Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, Ermənistanla sülh müqaviləmiz yoxdur.  Ümumi vəziyyəti qiymətləndirsək sakitlikdir, itkilər yoxdur və bu da böyük üstünlükdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq.

Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə – Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır. Konkret olaraq məsələyə yanaşdıqda  öz həllini tapmış yeganə münaqişə Qarabağdadır. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir.

Geosiyasi dəyişikliklərdən bəhs edəndə daha dəqiq danışmalıyıq. Vaşinqtonda baş verən hadisələrin, Amerikanın yeni administrasiyasının siyasətinin, Ağ evdə qəbul olunmuş qərarların  məsələlərə necə istiqamət verməsini görməliyik. Beləliklə, bu, qlobal geosiyasi dəyişikliyin mənbəyidir.  Buna görə də belə çoxsaylı qonaqların iştirak etdiyi toplantılar hadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri, narahatlıqları və ya gözləntiləri bölüşmək üçün vacibdir. Bizim istiqamətdən proseslərə yanaşdıqda baş verənlərlə bağlı çox nikbin əhvali-ruhiyyədə olmağımızı ifadə edirik.

Ağabəyova Mənzər,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin tarix müəllimi,

Oxşar Xəbərlər

Back to top button