AnalitikaGündəmSosial

Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir

Sivilizasiyanın inkişaf ardıcılığının təmin edilməsi, keçmiş təcrübələrin yeni nəslə ötürülməsi, bunun əsasında yeniliklərin baş verməsini təmin edən dəyər özünü dil kimi təcəssüm etdirir. Dil millətin milli kimliyini qoruyub saxlayan ən  güclü  mexanizmdir. Cəmiyyət dəyərlərin formalaşması, onların  tətbiq edildiyi an inkişafa qədəm qoyur. Bu istiqamətdə ünsiyyətin təməl prinsipi dil varlığı ortaya çıxır. Hər bir xalqın ana dili onun milli, mənəvi sərvətidir. Varlığın təsdiqi ana dilinin vacibliyini xüsusi ilə önə çıxardır. Tarixi zaman ardıcıllığında keşməkeşli yol keçən xalqımız öz dilini bütün gözəllikləri ilə qoruyub saxlaya bilmişdi. Dilimiz öz zənginliyi, əsrarəngizliyi ilə dünya dilləri arasında seçilir. Ana dilimiz vasitəsi ilə dünya ədəbiyyatına bəxş etdiyimiz töhfələr misilsizdir. Ana dilinimizin bugünkü inkişaf səviyyəsinə çatması qədim dövlətçilik tariximizlə sıx bağlıdır.  Yaşadığı torpaqlara hökm edə bilən xalqlar öz dilini qorumaq imkanını da əldə edər. Tarix səhnəsində zaman-zaman dilimizdən, köklərimizdən qoparılmağa çalışılsaq da, dilimizə bütün varlığımızla sahib çıxmağı, qorumağı da bacarmışıq.

Müstəqillyimiz bərpəsından sonrakı dövrdə dilimizin inkişaf edib özünü yeniləməsi üçün əlverişli mühit yarandı. Ulu Öndər Heydər Əliyevin ana dilinə göstərdiyi xüsusi diqqət nitqlərində öz əksini tapmışdır. Ana dilinin bənzərsiz ifadə vasitələrindən, rəngarəngliyindən, xalq deyimlərindən lazımı yerində istifadə edərək dilimizin gözəlliyini hər kəsə nümayiş etdirirdi. Ana dilinin xüsusi əhəmiyyət daşıdığını öz çıxışlarında dəfələrlə bildirmişdi.

“Millətin milliliyini saxlayan onun ana dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dil olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir” fikirləri ilə dilimizin varlığının daşıdığı əhəmiyyəti ifadə etmişdir.

Bugündə dilimizin inkişafın  nəzər nöqtəsidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdə Ulu Öndər siyasətini layiqincə davam etdirərək dilimizə xüsusi  qayğı göstərir. Çıxışlarının birində dilimizin sahib olduğu incəlikərə xüsusi diqqət çəkən Ilham Əliyev belə demişdir. “Ana dilimiz öz imknalarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruşulunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən dildir”.

Dilin milli sərvət kimi qorunması vacib amildir. Dövlətin ideoloji əsasları ana dilində yazılmış milli-mənəvi dəyər daşıyan şeirlər, hekayələr, romanlarla möhkəmləndirilir. Ana dili bu səbəbdən güclü dövlətin təməlində zəngin,rənarəng ifadələrlə varlığını qoruyub saxlayan amillərdən biri kimi ortaya çıxır. Ulu Öndər, Ümummilli liderimiz Heydər Əliyev öz fikirlərində bunu təsdiqləmişdir.

“İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.

Mənzər Ağabəyova,
Bakı şəhəri 156 nömrəli tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button