AnalitikaGündəmSiyasət

Diasporun Kimliyini Möhkəmləndirən Bayram

Həmrəylik günü zamanla Azərbaycan diasporu üçün sıradan bir tarix deyil, milli varlığın simvoluna çevrilib. Xaricdə yaşayan azərbaycanlılar üçün bu gün ortaq köklərə qayıdış, mənsubiyyət hissinin yenidən güclənməsi deməkdir. Fərqli cəmiyyətlərdə yaşasalar da, bu bayram onları eyni ideya ətrafında birləşdirir.

Bu tarix diaspor icmaları üçün özünüifadə imkanlarını genişləndirir. Mədəni tədbirlər, elmi toplantılar və ictimai təşəbbüslər vasitəsilə azərbaycanlılar həm bir-biri ilə əlaqə yaradır, həm də yaşadıqları ölkələrdə milli kimliklərini tanıdırlar. Beləliklə, Həmrəylik günü diaspor fəaliyyətinin aktivləşdiyi əsas platformalardan birinə çevrilir.

Bayramın əhəmiyyəti yalnız emosional bağlılıqla məhdudlaşmır. O, təşkilatlanma prosesinə də ciddi təsir göstərir. Diaspor strukturları bu gün ətrafında daha sıx əməkdaşlıq edir, ortaq məqsədlər müəyyənləşdirir və fəaliyyətlərini koordinasiya etməyə çalışırlar. Bu isə milli maraqların qorunmasını daha effektiv edir.

Həmrəylik gününün diaspor üçün əsas dəyəri onun birləşdirici gücündədir. Bu bayram azərbaycanlıların harada yaşamasından asılı olmayaraq eyni dövlətə, eyni mədəni irsə və eyni gələcək ümidlərinə sahib olduğunu xatırladır. Məhz bu səbəbdən o, diaspora üçün ən mühüm və mənalı günlərdən biri kimi qəbul olunur.

Günay Şahverdiyeva,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button