
Beynəlxalq siyasətdə güc balansı dəyişir. Ənənəvi hegemon güclərin təsiri zəifləyir, yeni güc mərkəzləri formalaşır. Qərbin dominant mövqeyinə alternativlər yaranır, regional güclərin rolu artır. Bu proses qlobal siyasətdə daha çox rəqabət və mübarizə yaratsa da, eyni zamanda yeni əməkdaşlıq formatlarını da zəruri edir.
İqtisadi baxımdan dünya böyük sınaqlarla üz-üzədir. Pandemiyadan sonra tədarük zəncirlərində baş verən pozuntular, enerji resurslarına artan tələbat və yaşıl texnologiyalara keçid qlobal iqtisadiyyatın yeni qaydalar əsasında formalaşmasına gətirib çıxarır. Rəqəmsal iqtisadiyyat və süni intellekt kimi texnologiyalar isə bu transformasiyanı daha da sürətləndirir.
Sosial və mədəni dəyişikliklər də bu prosesin tərkib hissəsidir. Ənənəvi idarəetmə modelləri dəyişir, yeni ideoloji cərəyanlar meydana çıxır. Millətlərarası münasibətlər və qlobal dəyərlər yenidən müəyyənləşdirilir. İqlim dəyişikliyi, ekoloji problemlər və demoqrafik böhran da bəşəriyyətin üzləşdiyi mühüm çağırışlardandır.
Bu dəyişikliklər hələ başlanğıc mərhələsindədir və online strategiyalarından asılıdır. Azərbaycan kimi ölkələr bu prosesdə öz yerini tutmalı, yeni çağırışlara uyğun siyasət həyata keçirməlidir.
Günay Şahverdiyeva,
YAP Xəzər rayon təşkilatının fəalı