AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

COP29 və İqlim Diplomatiyası: Azad olunmuş torpaqlar qlobal sülh və ekologiya platformasında

Azərbaycanın 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində qazandığı tarixi Zəfər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Zəfərdən dərhal sonra azad edilmiş ərazilərdə başladılan irimiqyaslı bərpa-quruculuq işləri, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri, həmçinin Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl Enerji Zonası” elan edilməsi Azərbaycanı qlobal yaşıl keçid prosesinin öncül iştirakçılarından birinə çevirdi.

Bunun məntiqi nəticəsi olaraq, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi qərarı Azərbaycanın beynəlxalq nüfuzunun, eləcə də dayanıqlı inkişaf və ətraf mühitin qorunması sahəsindəki fəaliyyətinin qlobal səviyyədə yüksək qiymətləndirilməsinin bariz göstəricisidir. Bütün dünyanın diqqətini Bakıya və azad olunmuş torpaqlarımızın yaşıl bərpa modelinə yönəldən bu möhtəşəm tədbir, Azərbaycanın təkcə hərbi-siyasi sahədə deyil, qlobal diplomatiyada da liderliyini təsdiq etdi.

İşğaldan azad olunmuş ərazilərdə ekoloji terrorun fəsadlarının aradan qaldırılması, Günəş və Su Elektrik Stansiyalarının istifadəyə verilməsi, həmçinin biomüxtəlifliyin bərpası istiqamətində atılan addımlar bütün dünya üçün nümunəvi model teşkil edir. Müharibədən çıxmış bir dövlətin bu qədər qısa müddətdə böyük quruculuq işləri görməsi və yaşıl gündəliyi ön plana çəkməsi sülhə və tərəqqiyə olan sadiqliyin təzahürüdür.

27 Sentyabrdan başlayan şanlı yol göstərdi ki, Azərbaycan öz torpaqlarını azad etməklə yanaşı, regiona və dünyaya yeni inkişaf, ekoloji təmizlik və qlobal əməkdaşlıq mesajı verir. Şəhidlərimizin canı və qanı bahasına azad edilmiş bu torpaqlar indi bütün bəşəriyyətin gələcəyi üçün mühüm qərarların verildiyi, yaşıl enerjinin və sülhün işıq saçdığı məkana çevrilmişdir.

Aysel Məmmədova,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 348a” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button