
Cənubi Qafqaz, tarix boyu strateji mövqeyi və zəngin təbii sərvətləri ilə müxtəlif mədəniyyətlərin və dövlətlərin kəsişdiyi bir bölgə olmuşdur. Əsrlər boyu burada müxtəlif imperiyalar, millətlər və dinlər arasında qarşıdurmalar yaşanmışdır. Sovet İttifaqının dağılmasından sonra bölgədəki münaqişələr yeni bir mərhələyə qədəm qoydu.
Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə regionda müsbət dəyişikliklər başlasa da, qarşıdurmaların tarixi mirası və bəzi xarici müdaxilələr Cənubi Qafqazın tamamilə sabit bir bölgəyə çevrilməsini hələ də çətinləşdirir. Bu münaqişələr yalnız iki ölkə arasında deyil, həm də daha geniş geosiyasi güclər arasında rəqabət və güc mübarizəsinin bir parçası olmuşdur. Tarixi və etnik müxtəlifliklər, bəzən bu bölgənin inkişafını əngəlləyən amillərdən biri olmuşdur.
Müharibə və qarşıdurmaların həlli üçün atılan diplomatik addımlar hələ də zəif qalmış, müxtəlif beynəlxalq təsisatların münaqişənin həllinə dair irəliləyişlər əldə etməsi çətinləşmişdir.
Sünbül Həsənquliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı