AnalitikaGündəmSiyasət

Cənub Qaz Dəhlizi ilə Avropaya enerji təminatı, yaşıl enerjiyə keçid və beynəlxalq əməkdaşlıq Azərbaycanın bu sahədə liderliyini möhkəmləndirir

2025-ci ilin fevralında Bakı şəhəri növbəti dəfə beynəlxalq enerji əməkdaşlığının mərkəzinə çevrildi. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən 11-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası və 3-cü Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin iclasları bir daha sübut etdi ki, Azərbaycan təkcə regional deyil, həm də qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır. Prezident İlham Əliyev çıxışında Cənub Qaz Dəhlizinin bu gün artıq tam şəkildə fəaliyyət göstərdiyini və onun etibarlı enerji təchizatı marşrutu olduğunu vurğuladı. Bu layihə Azərbaycan qazının Avropa bazarlarına birbaşa çatdırılmasını təmin etməklə, yalnız ölkəmizin iqtisadi maraqlarına deyil, həm də Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfə verir. Dövlət başçısı bildirdi ki, bu gün 8 ölkəni birləşdirən Cənub Qaz Dəhlizi daha da genişlənməkdədir. Azərbaycan Avropa Komissiyası ilə imzaladığı strateji sənədə əsasən, 2027-ci ilə qədər Avropaya qaz ixracını iki dəfə artırmağı hədəfləyir. Bunun üçün TANAP və TAP kəmərlərinin ötürmə qabiliyyətinin artırılması planlaşdırılır. Prezident əlavə etdi ki, bu genişlənmə yalnız iqtisadi deyil, həm də siyasi baxımdan strateji bir addımdır. Prezident İlham Əliyev Azərbaycanın uzun illərdir ki, enerji sahəsində beynəlxalq etimada sahib bir ölkə kimi tanındığını vurğuladı. Azərbaycan təkcə təbii qazla deyil, həm də xam neft, neft məhsulları, petrokimya məhsulları və gübrə ilə dünya bazarlarında iştirak edir. Bu mövqeni qorumaq və gücləndirmək üçün isə ölkə ardıcıl və uzaqgörən enerji siyasəti yürüdür. Prezident qeyd etdi ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsi kimi qəbul olunmalıdır. Azərbaycanın zamanında atdığı addımlar, çevik yanaşması və şəffaf enerji siyasəti nəticəsində ölkə bu sahədə strateji tərəfdaşa çevrilmişdir. Son illərdə Azərbaycan yalnız karbohidrogen ehtiyatlarına arxalanmaqla kifayətlənməyərək, bərpa olunan enerji sahəsində də ciddi addımlar atır. Prezident İlham Əliyev çıxışında bu məsələyə də xüsusi diqqət ayıraraq vurğuladı ki, ölkə artıq yaşıl enerjiyə keçid prosesinə başlayıb və bu sahədə beynəlxalq əməkdaşlığa açıqdır.

Xüsusilə Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası” elan olunub. Burada günəş və külək enerjisi potensialı yüksəkdir və artıq beynəlxalq şirkətlərlə müvafiq layihələrin icrasına başlanılıb. Prezident bildirdi ki, yaşıl enerjinin ixracı üçün yeni infrastrukturların yaradılması, xüsusilə “yaşıl kabellər” layihəsinin reallaşdırılması planlaşdırılır. Hər iki Şuranın iclasında 24 ölkənin nümayəndələri, 7 beynəlxalq maliyyə institutu və onlarla enerji şirkətinin iştirakı Azərbaycanın enerji siyasətinə olan beynəlxalq etimadın göstəricisidir. Prezident İlham Əliyev bu platformaların məhz Bakıda təşkil olunmasının təsadüfi olmadığını, Azərbaycanın qlobal enerji gündəliyindəki aktiv rolunun nəticəsi olduğunu vurğuladı. O qeyd etdi ki, bütün bu uğurlar dövlət siyasətinin məqsədyönlü şəkildə həyata keçirilməsinin, möhkəm beynəlxalq tərəfdaşlıqların və uzunmüddətli strateji baxışın Cənab Prezidentin çıxışları bir daha göstərdi ki, Azərbaycan enerji siyasətində yalnız cari ehtiyaclara deyil, həm də gələcəyin çağırışlarına cavab verən strateji yanaşmaya malikdir. Cənub Qaz Dəhlizi ilə Avropaya enerji təminatı, yaşıl enerjiyə keçid və beynəlxalq əməkdaşlıq Azərbaycanın bu sahədə liderliyini möhkəmləndirir. Bu çıxışlar həm də ölkəmizin geosiyasi mövqeyinin daha da güclənməsinə, iqtisadi sabitliyinə və beynəlxalq nüfuzuna ciddi töhfələr verir.

İlham Quliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button