AnalitikaGündəmSiyasət

Budapeşt görüşü Türk dövlətlərinin birliyi üçün mühüm tədbir idi

21 may 2025-ci ildə Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və çıxış edib.

Prezident İlham Əliyev çıxışında Macarıstanın Baş naziri Viktor Orbana qonaqpərvərliyə görə təşəkkürünü bildirib və Azərbaycan-Macarıstan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb. O, Macarıstanın müstəqil siyasət aparan ölkə kimi beynəlxalq nüfuzunun artdığını qeyd edib və Baş nazir Viktor Orbanı bu uğurlar münasibətilə təbrik edib.

Prezident İlham Əliyev, ötən il Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə görüşünün davamı olaraq Budapeştdə ikinci qeyri-rəsmi Zirvə görüşünün təşkil olunmasından məmnunluğunu ifadə edib. O, Qırğız Respublikasının Prezidenti Sadır Japarovu təşkilata uğurlu sədrliyi münasibətilə təbrik edib.

Görüş çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan prezidentləri tərəfindən imzalanan Budapeşt Bəyannaməsi qəbul edilib. Bəyannamə 71 bənddən ibarətdir və Azərbaycan, qazax, qırğız, türk və özbək dillərində imzalanıb. Bəyannamədə Türk dünyasının birliyi, əməkdaşlığın gücləndirilməsi və ortaq gələcək strategiyaları əks olunub. Əlavə olaraq, görüşdə Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü olan Macarıstanın ev sahibliyi etdiyi bu qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti vurğulanıb və Macarıstanın Baş naziri Viktor Orbana təşəkkür ifadə edilib.

Prezident Əliyev, ötən il Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə görüşünün davamı olaraq Budapeştdə ikinci qeyri-rəsmi Zirvə görüşünün təşkil olunmasından məmnunluğunu ifadə edib. O, Qırğız Respublikasının Prezidenti Sadır Japarovu təşkilata uğurlu sədrliyi münasibətilə təbrik edib. Azərbaycanın TDT-nin rəsmi Zirvə görüşünə ev sahibliyi edəcəyini və iştirakçılara bu tədbirdə iştirak etmək üçün dəvətini çatdırıb.

Qeyd edək ki, Prezident İlham Əliyev, COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişinin imzalandığını qeyd edib. Bu sazişin ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaratdığını bildirib.

Çıxışın sonunda Prezident İlham Əliyev Macarıstanı qeyri-rəsmi Zirvə görüşünün uğurlu təşkilinə görə təbrik edib və Türk Dövlətləri Təşkilatının fəaliyyətinə uğurlar arzulayıb.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button