
“Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azad edilməsi Moskva və Bakı arasında münasibətlərin normallaşması üçün vacib addım ola bilər”.
“Gundemws.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova brifinqdə danışıb.
“Rusiya vətəndaşlarının azad edilməsi Rusiya və Azərbaycan arasında münasibətlərdə vəziyyətin normallaşması istiqamətində vacib addımdır. Bu mövzu avqustun 22-də Həştərxanda keçirilən Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclası zamanı ətraflı müzakirə edilib. Ölkəmizin mövqeyi Azərbaycan nümayəndə heyətinə detallı şəkildə çatdırılıb”, – deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, konsul əməkdaşları iyulun 3, 14 və 23-də Bakıda saxlanılan rusiyalılara baş çəkiblər: “Dördüncü görüş üçün müraciət göndərilib, lakin hələ buna razılıq verilməyib”.