Analitika

Belarus MBD məkanında və bütün dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir

Azərbaycan ilə Belarus arasında etimada, qarşılıqlı hörmətə, dostluq və qardaşlığa əsaslanan tərəfdaşlıq özünün ən yüksək mərhələsindədir və gündən-günə inkişaf edir. Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri və səfər zamanı imzalanan bir çox əhəmiyyətli sənədlər, dövlətimizin inkişafı ilə bağlı səsləndirilən fikirlər bunu bir daha təsdiqlədi.

Prezident İlham Əliyev mətbuata verilən birgə bəyanatda Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, xüsusilə də erməni faşizmi üzərində qazanılan Qələbəyə diqqəti cəlb etdi və bildirib ki, Cənubi Qafqazda Azərbaycan beynəlxalq hüququ, normaları tətbiq etmək və burada sülhü, əmin-amanlığı yaratmaq əzmindədir. Həm də ölkə rəhbəri işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı işlərə də nəzər yetirdi və bildirdi ki, artıq bu ərazilərdə çox böyük quruculuq işləri aparılır. Dövlətimizin başçısı Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur ərazilərinin bərpasında fəal iştiraka dəvət etdi. Ümidvar olduğunu bildirdi ki, həmin şirkətlər bərpa-quruculuq işlərində gələcəkdə fəal iştirak edəcəklər.

Belarus Prezidentinin işğaldan azad edilmiş Füzuliyə və Şuşaya səfəri xüsusi əhəmiyyətə malikdir. Aleksandr Lukaşenkonun Füzuli və Şuşa şəhərlərinə səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir. Azad olunmuş ərazilərin bərpasında Belarusun da iştirak etmək istəyi məmnunluq doğurur.

Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərqərar etdikdən sonra dövlətimizə maraq bir qədər də artıb. Bu gün Cənubi Qafqazda gedən qlobal proseslər fonunda Azərbaycan  üzərinə düşən təhlükəsizlik təhdidlərini  aradan qaldırıb və  ölkəmiz inkişaf yoluna qədəm qoyub. Bu baxımdan məhz bu səfəri də çox mühüm və əlamətdar adlandıra bilərik.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button