Bakı şəhərində MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları rəhbərləri Şurasının 53-cü iclası keçirilib
Dünyanın müasir inkişaf dinamikası sübut edir ki, yüksək bəşəri prinsiplər indi də xalqların beynəlxalq aləmdə irəliyə doğru tarixi hərəkətinin inkişaf mahiyyətini təşkil edir və bu sahədə ciddi təcrübə toplamışdır.
Azərbaycanın beynəlxalq əlaqələrindən danışarkən ölkəmizin dünyanın müxtəlif qitələridə yerləşən dövlətlər ilə sosial, siyasi, iqtisadi, mədəni münasibətlərini xüsusi vurğulamaq vacib olardı. Azərbaycan özünün beynəlxalq münasibətlərini qurarkən dünya praktikasında nəzərdə tutulmuş norma və tələblərlə yanaşı hər bir bölgənin dövlətlərinin xarici siyasət istiqamətlərini və regional xüsusiyyətlərini nəzərə alır. Milli suverenliyini qazanmış hər bir müstəqil xalq kimi Azərbaycan xalqı da XX əsrin sonuna yaxın bu xoşbəxtliyə nail olaraq, dünyanın yaxın və uzaq ölkələri ilə qarşılıqlı əlaqələri ilk gündən yaratmışdır. Bu dövrdə dünyada baş verən proseslər xüsusilə SSRİ məkanında çox mühüm dəyişikliklərin geniş vüsət alması Azərbaycan xalqının da həyatında yeni dövrün başlanmasına şərait yaratdı. Sovet imperiyasının çökməsindən sonra 70 illik dövr ərzində formalaşmış bütün strukturlar, iqtisadi, mədəni əlaqələr deformasiyaya uğradı. Azərbaycan dövləti də bu dalğanın təsirindən kənar deyildi. Azərbaycanı yaranmış çətin vəziyyətdən Heydər Əliyev siyasəti çıxara bilərdi. Respublika hökuməti həmin dövrdən beynəlxalq fəaliyyətini vahid konsepsiya əsasında həm Azərbaycan, həm də planetin digər dövlətləri üçün məqbul olan istiqamətlərdə həyata keçirməyə başladı. 1991-ci il dekabrın 8-də SSRİ-nin 3 respublikasının – Rusiya, Ukrayna və Belorus respublikalarının Minsk görüşündə SSRİ-nin buraxılması və müstəqil dövlətlər birliyinin yaradılmasına dair razılaşma əldə edildi. Bu razılaşma əslində SSRİ-nin qanunauyğun yekunu idi. 1991-ci il dekabrın 21-də MDB-nin yaradılması barədə razılaşmaya əsasən bu quruma daha 8 ölkə Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan daxil oldu. 1993-cü ilin dekabrında MDB-yə Gürcüstan da daxil oldu.
MDB ölkələrinin qarşılıqlı əlaqələrində ən mühüm nailiyyətlərindən biri 1993- cü ildə iqtisadi ittifaqın yaradılması barədə razılaşma olmuşdur. Bu inteqrasiyanın uzun müddətli məqsədlərini – məhsul, xidmət, kapital və işçi qüvvəsini vahid bazarının yaradılmasını müəyyən edirdi. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına gəldikdə, biz buna hazırıq. Biz sülh sazişi üzərində işi davam etdirməyə hazırıq. Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə, düşünürəm ki, “Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Hər hansı digər platformalar öz xidmətlərini təklif edən həmin ölkələrin Azərbaycana deyil, həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla tərəfimizdən təhlil ediləcək”.Prezident İlham Əliyevin cari ilin 11 oktyabr tarixində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü zaman çıxışında bildirib.
Leyla Fətəliyeva,
YAP-ın fəalı