AnalitikaGündəmSiyasət

Azərbaycanın xarici siyasəti müstəqil və balanslaşdırılmış yanaşma əsasında formalaşır

Azərbaycan son illərdə qlobal müzakirə platformasına çevrilərək beynəlxalq siyasət, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və humanitar məsələlər üzrə mühüm forumların keçirildiyi mərkəzlərdən biri olub. Ölkənin geosiyasi mövqeyi, diplomatik uğurları və təşəbbüsləri bu prosesdə həlledici rol oynayıb. Azərbaycanın belə möhtərəm tədbirlərə evsahibliyi etməsi onun beynəlxalq nüfuzunun artmasına, qlobal müzakirələrdə fəal iştirakına və bəşəri problemlərin həllinə töhfə verməsinə şərait yaradır.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” televiziya kanalına geniş müsahibə verib. Ölkə başçısının bu müsahibəsi Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da gücləndirən və ölkənin inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyan vacib çıxışlardan biri kimi qiymətləndirilir.

Müsahibə zamanı dövlət başçısı Azərbaycanın xarici siyasəti, iqtisadi inkişafı, regional və beynəlxalq münasibətlərdəki rolu, eləcə də Qarabağda aparılan bərpa-quruculuq işləri ilə bağlı ətraflı məlumat verib. Dövlət başçısı müsahibədə diqqətə çatdırdı ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Prezident İlham Əliyevin dünyada cərəyan edən geosiyasi və geoiqtisadi proseslərə baxışını əks etdirən bu cümlələrdən aydın olur ki, hər bir ölkə öz gücünə, imkanlarına belə bağlamalıdır. Beynəlxalq yardıma və hüquqa arxalanmaq artıq risklidir. Daha sonra Prezident İlham Əliyev müsahibə zamanı vurğulamışdır ki, Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdür. O, ölkənin beynəlxalq arenada mövqeyinin güclənməsinin əsas səbəblərindən birinin Azərbaycanın müstəqil qərarlar qəbul etməsi və milli maraqlarını qətiyyətlə müdafiə etməsi olduğunu bildirib.

Dövlət başçısı Qarabağ bölgəsində aparılan bərpa və yenidənqurma işlərinə də toxunub. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sürətlə aparılan infrastruktur layihələri, yeni yollar, hava limanları, şəhər və kəndlərin bərpası barədə danışıb. Prezident İlham Əliyev bu işlərin ölkənin öz daxili resursları hesabına həyata keçirildiyini qeyd edib və bunun Azərbaycanın iqtisadi gücünün göstəricisi olduğunu vurğulayıb. Müsahibə zamanı enerji təhlükəsizliyi məsələlərinə də toxunulub. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu və bu sahədə ölkənin həyata keçirdiyi irimiqyaslı layihələr barədə danışıb. Xüsusilə Cənub Qaz Dəhlizinin əhəmiyyətini qeyd edərək, Azərbaycanın enerji siyasətinin Avropa ölkələri üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib. Həmçinin regionda davamlı sülh və sabitliyin təmin edilməsi üçün Ermənistanla münasibətlərin normallaşdırılmasının vacibliyini xüsusi olaraq qeyd edib. O, Azərbaycanın sülh gündəliyini irəli sürdüyünü və regional əməkdaşlıq üçün yeni imkanlar yaratmağa hazır olduğunu diqqətə çatdırıb.

Ələkbər Novruzov,
Xəzər rayonunun gənc fəalı

Oxşar Xəbərlər

Back to top button