AnalitikaGündəmSiyasət

Azərbaycanın strateji yüksəlişi

Prezident İlham Əliyev 2025-ci ilin mart ayında “Euronews” televiziyasına verdiyi müsahibədə Azərbaycanın xarici siyasəti, regional məsələlər və ölkənin gələcək inkişaf strategiyaları barədə ətraflı məlumat verib. Müsahibədə, Prezident Azərbaycanın geosiyasi mövqeyini, enerji təhlükəsizliyini və regional əməkdaşlıq məsələlərini diqqətə çatdırıb.

President Əliyev Azərbaycanın Avropa ilə enerji sahəsindəki əməkdaşlığının vacibliyini vurğulayıb və bu sahədə ölkənin artan rolunu qeyd edib. O. tərəfdaşı olmasını qeyd edib. Azərbaycan həm də enerji sahəsində yeni layihələrə və investisiyalara açıq olduğunu bildirib.

Bununla yanaşı, President İlham Əliyev Cənubi Qafqazda sabitliyin təmin olunmasının vacibliyini qeyd edərək, Ermənistan-Azərbaycan münasibətlərində sülh və əməkdaşlığın təşviq olunması üçün irəliləyişlərin əldə edildiyini bəyan edib. O, Azərbaycanın regionda güc balansını qorumağa davam edəcəyini və heç bir xarici gücə arxalanmadan öz milli maraqlarını müdafiə edəcəyini qeyd edib.

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı barədə danışan President, Azərbaycan hökumətinin bu sahədə böyük uğurlar əldə etdiyini, eyni zamanda rəqəmsal iqtisadiyyat və təhsil sahəsindəki inkişafın önəmli olduğunu vurğulayıb. Dövlət başçısı, ölkənin sosial-iqtisadi inkişafında daha yüksək standartların təmin olunması üçün islahatların davam etdiriləcəyini bildirib.

Nəhayət, President İlham Əliyev Azərbaycanın beynəlxalq arenada güclü mövqe tutmağa davam edəcəyini və bu məqsədlə sülh, sabitlik və iqtisadi inkişaf istiqamətində önəmli addımlar atmağa davam edəcəyini bildirib.

Ləman Məmmədova,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button