Analitika

Azərbaycanın regionda güclü, öz sözünü deyən, müstəqil siyasət həyata keçirən nüfuzlu bir dövlətə çevrilib

28 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan və Almaniya arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində qarşılıqlı atılan addımlar dəyərləndirilərək gedişatdan ümumi məmnunluq ifadə olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycanın Ermənistanla sülh müqaviləsi bağlamağa hazır olduğunu, məhz bu məqsədlə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdiyini və sülh müqaviləsinin layihəsinin mətninin hazırlanaraq Ermənistan tərəfinə təqdim edildiyini bildirərək, Azərbaycanın hər zaman sülhün tərəfində olduğunu qeyd etdi. Bütün bunlara baxmayaraq, “Qərb”dairələrinin bu prosesə hər vəchlə mane olmağa çalışdığını xüsusilə qeyd edən Prezident İlham Əliyev, Almaniyanın bu məsələdə neytrallıq nümayiş etdirdiyini bildirdi. Görüş zamanı Almaniya mətbuatında Azərbaycanın guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edildiyinə də münasibət bildirən ölkə başçısı, Avropa Şurası Parlament Assambleyasının müvafiq qərarının Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunduğu və həmin şəxsin Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvü olduğu barədə faktı da açıq şəkildə nümayəndə heyətinin nəzərinə çatdırdı.

Azərbaycanın regionda güclü, öz sözünü deyən, müstəqil siyasət həyata keçirən nüfuzlu bir dövlətə çevrilməsi heç şübhəsiz ki, bu reallığı qəbul etmək istəməyən ermənipərəst qüvvələri narahat etməyə bilməz. Ona görə də Cozef Borel kimi “diplomat”ların hər fürsətdə Azərbaycan dövlətini qaralamağa çalışaraq, anti-Azərbaycan siyasəti aparmaqdan başqa çarələri qalmayıb.Amma bu cür qüvvələr bilməlidirlər ki, Azərbaycana qarşı bu cəhdləri necə ki, Cənab Prezident İlham Əliyevin liderliyində indiyədək qursaqlarında qalıb, bundan sonra da qalmağa davam edəcək.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button