AnalitikaGündəmSiyasət

Azərbaycanın qaz ixracı, enerji siyasətindəki rolunu artırır

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü toplantısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Bakıda keçirildi. Bu tədbirlər regional enerji əməkdaşlığında mühüm mərhələ olmaqla yanaşı, Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında Azərbaycanın həm karbohidrogen ehtiyatlarının, həm də bərpa olunan enerji potensialının beynəlxalq əməkdaşlıq üçün strateji imkanlar yaratdığını vurğuladı.

İclaslarda iştirak edən Avropa İttifaqı, Balkan ölkələri və Mərkəzi Asiya nümayəndələri Azərbaycanın enerji strategiyasına yüksək qiymət verdilər. Yaşıl enerji sahəsində planlaşdırılan layihələr, xüsusilə külək və günəş enerjisi üzrə potensial marşrutlar, tərəfdaş ölkələrin marağına səbəb oldu. Eyni zamanda, Cənub Qaz Dəhlizi layihəsinin davamlılığı və genişləndirilməsi ilə bağlı gələcək hədəflər müzakirə olundu.

Bu iclaslar Azərbaycanın enerji gündəliyinin təkcə region üçün deyil, həm də Avropa enerji sisteminə inteqrasiya baxımından vacibliyini göstərdi. İlham Əliyevin açıq və strateji baxış bucağı, ölkənin həm ənənəvi, həm də alternativ enerji mənbələri ilə bağlı qlobal rolu möhkəmləndirdi.

Kamran Mustafayev,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button