AnalitikaGündəmSiyasət

Azərbaycanın qaz infrastrukturları inkişaf etdirilir

Bildiyimiz kimi, 4 Aprel 2025 ci ildə Bakının Gülüstan sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. Bu iclasa Azərbaycan və Avropa İttifaqi daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə inistitutu və 42 enerji şirkəti qatılıb. Bu iclasda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış edib. Pərviz Şahbazov öz çıxışında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, energetika və mənzil tikintisi komisarı cənab Dan Yorgensenə və digər iştirakçılara dərin minnətdarlığını bildirmişdir. Eyni zamanda bildirmişdir ki, bu iclas həmin çərçivədə enerji təhlükəsizliyi ilə enerji keçidi arasında uzlaşmanı gücləndirmək üçün uğurlu səylərimizdə növbəti mühüm mərhələdən xəbər verir. O, bu uğurlu işdə həm qətiyyətli rəhbərliyinə, həm də güclü dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə dərin təşəkkürünü bildirmişdir.

Dövlətimizin başçısı Cənab İlham Əliyev sözügedən tədbirdə çıxış edib. O, çıxışında ilk olaraq gələn qonaqlarımızı xüsusi olaraq salamlayıb və bildirdi ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası artıq 11-ci dəfədir Bakıda toplaşır. Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında,həmin məsələlərin həllində mühüm rol oynamışdır. Zaman keçdikcə burada iştirak edən ölkələrin sayı artır. Burada birinci məqsəd birgə fəaliyyət və əməkdaşlığın artırılmasıdır.Çünki, bunlar olmadan layihələrin heç birinin həyata keçməsi mümkün olmazdı.İkinci məqsəd isə hər kəs üçün enerji təhlükəsizliyini təmin etməkdir. Ölkələr ,onlarin hökumətləri,şirkətlər bizim komandamızdır və bu komanda zaman keçdikcə daha da genişlənir.Bu sahəni inkişaf etdirmək üçün bizə enerji ehtiyatlari,neft kimya məhsulları,gübrələr lazımdır. Azərbaycan isə xam neftin ,təbii qazın,neft kimya məhsullarının və gübrələrin həm istehsalçısı,həm də ixracatçısıdır.

Azərbaycanın enerji şirkəti olan Dövlət Neft Şirkəti uzun illərdir ki, etibarlı tərəfdaş kimi  həm hasilat ,həm nəql olunma, həm də çatdırılma ilə məşğuldur. Cənab İlham Əliyev onu da vurğulamişdır ki, Azərbaycan enerji sahəsində güvənilir bir tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Eyni zamanda bildirmişdir ki, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrilmişdir. Hal-hazırda Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır və biz bu qaz boru kəməri sisteminin daha da genişlənməsi üçün əlimizdən gələni etməliyik.Prezident Cənab İlham Əliyev böyük bir qürur hissi ilə bildirmişdir ki, Cənub Qaz Dəhlizi hamımız üçün böyük bir uğurdur.Cənub Qafqaz Boru Kəməri ,TANAP və ya TAP-Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu işləyir.

Ölkə başçısı çıxışında yaşıl gündəliyə də toxunmuşdur. O, bildirmişdir ki, COP 29 bu məsələ barəsində bizim bir mesajımızdır. Biz ümid edirik ki, heç bir ölkə bu barədə ayrı seçkiliyə məruz qalmayacaq. Azərbaycan beynəlxalq tədbirə ev sahibliyi etdiyi zaman qeyd olundu ki, faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında heç bir ayrı seçkilik və ayırıcı xətlər olmamalıdır.

Əsgərova Gültac,
Xəzər rayonu, 334 nömrəli tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button