
“Əməkdaşlıq olmadan enerji təhlükəsizliyi yoxdur” – bu fikri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının birgə çərçivəsində keçirilən iclaslarda səsləndirərkən səhnəyə yalnız neft və qaz deyil, həm də diplomatiya, tərəfdaşlıq və qarşılıqlı etimad çıxdı. Məhz bu ruhda keçirilən 11-ci və 3-cü nazirlər görüşləri, Bakını enerji əməkdaşlığının intellektual mərkəzinə çevirdi.
İclaslarda səslənən mesaj sadə idi: gələcək ya əməkdaşlıqla qurulacaq, ya da sabitsizliklə dağılacaq. Cənub Qaz Dəhlizi artıq sadəcə bir layihə deyil, birbaşa dövlətlərarası əlaqələrin barometridir. Eyni zamanda, yaşıl enerjiyə keçid istiqamətində birgə səylər yeni nəsil tərəfdaşlıq modelini formalaşdırır.
Bütün bunlar bir həqiqəti göstərdi – Azərbaycan yalnız enerji ixrac etməklə kifayətlənmir, həm də enerji əməkdaşlığını ixrac edir. Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsləri regionda sabitliyin və dayanıqlı inkişafın təminatçısı kimi dəyərləndirilir.
Fatimə Axundzadə,
YAP Xəzər rayon təşkilatının fəalı